"Düşmən “İsgəndər” raket komplekslərindən istifadə edərsə, adekvat tədbir görüləcək" - Zakir Həsənov

15:40 06.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Düşmən tərəfindən “İsgəndər” əməliyyat-taktiki raket komplekslərinin tətbiq olunacağı halda adekvat tədbir görüləcək.

Bu barədə Müdafiə Nazirliyində keçirilən xüsusi xidməti müşavirədə Müdafiə naziri Zakir Həsənov bildirib.

Nazir Azərbaycan Ordusuna arsenalındakı yüksək dəqiqlikli və böyük dağıdıcı qüvvəyə malik silah növlərini tətbiq etməklə düşmən tərəfinin hərbi-strateji infrastrukturuna böyük zərbələr endirməyi planlaşdırmağı əmr edib.